Bakı-Ağstafa marşrutuna əlavə reyslər TƏYİN EDİLDİ

Bakı-Ağstafa marşrutuna əlavə reyslər TƏYİN EDİLDİ

Hazırda oxunan: Bakı-Ağstafa marşrutuna əlavə reyslər TƏYİN EDİLDİ

140713

Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 10-11 iyun tarixlərinə 2 əlavə qatar reysi təyin edib. 

Bizim.Media xəbər verir ki, 10 iyun tarixində əlavə reyslə saat 16:00-da Ağstafa-Bakı istiqaməti üzrə yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 20:55-də çatacaq.

11 iyun tarixində isə saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafa stansiyasına saat 13:20-də çatacaq. 

Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:40-da Ağstafaya, əks istiqamətdə saat 17:10-da Bakıya yola düşən qatar isə saat 22:05-də mənzil başına çatır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO