Hindistanda filmə çəkilən Şəhriyar: “Qonorarımı dollarla aldım” – VİDEO 

Hindistanda filmə çəkilən Şəhriyar: “Qonorarımı dollarla aldım” – VİDEO 

Hazırda oxunan: Hindistanda filmə çəkilən Şəhriyar: “Qonorarımı dollarla aldım” – VİDEO 

140708

Xəbər verdiyimiz kimi, bir neçə həftə əvvəl aktyor və aparıcı Şəhriyar Əbilov Hindistanda “Bollywood”da filmə çəkilib. 

Bizim.Media xəbər verir ki, sözügedən ekran işində “Ruslan” adlı iş adamını canlandıran televiziya ulduzu qonaq olduğu “Xəzər axşamı” verilişində filmdən aldığı qonorardan danışıb.

Ş.Əbilov bildirib ki, qonorarını dollar əskinasları ilə alıb: 

“Hindistanlılar Azərbaycanda olan gözəl mənzərədən istifadə edib gəlib filmlərini burada çəkirlər. Bizim aktyorlarımızı da həmin filmlərə çəkirlər. Amma Azərbaycan tarixində ilk dəfədir ki, onlar məni “Bollywood”a dəvət etdilər və filmdə rol aldım. Azərbaycanlı iş adamını canlandırırdım. İngilis dilində səhnələrim var idi.

Yaxın günlərdə sözügedən film “Netflix” platformasında yayımlanacaq. Düzdür, hindistanlılardan pul almaq çox çətin məsələdir. Buradan Hindistana gedənə qədər prodüser demişdi ki, pulunu al, sonra filmə çəkil. Çəkilib biləndən sonra “güc–bəla” ilə onlardan pulumu aldım. Dedilər ki, siz bu gün çıxıb gedirsiniz, bu da sizin qonorarınız. Qonorarımı onların pul vahidi rupi ilə deyil, dollarla aldım”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO