Ələt Azad İqtisadi Zonasında investorlar üçün imtiyazlar AÇIQLANDI  

Ələt Azad İqtisadi Zonasında investorlar üçün imtiyazlar AÇIQLANDI  

Hazırda oxunan: Ələt Azad İqtisadi Zonasında investorlar üçün imtiyazlar AÇIQLANDI  

140588

Ələt Azad İqtisadi Zonasında investorlar üçün fiskal və qeyri-fiskal imtiyazlar açıqlanıb. 

Bizim.Media xəbər verir ki, iqtisadi zonada tətbiq edilən imtiyazlar aşağıdakılar: 

- İnvestorlar əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və hər hansı digər korporativ vergidən azaddırlar; 

- Zonada idxal və ixrac zamanı gömrük rüsumları və vergilər tətbiq olunmur; 

- Aylıq əməkhaqqı 8 min manata qədər olan işçilər üçün gəlir vergisi tətbiq olunmur; 

- Yüksəkixtisaslı əcnəbi işçilər üçün sosial sığorta ödənişləri könüllü, yerli işçilər üçün isə məcburi xarakter daşıyır; 

- Əcnəbi hüquqi və fiziki şəxslərin Ələt Azad İqtisadi Zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur; 

- Xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələbi yoxdur; 

- Valyuta əməliyyatları və ya mənfəətin repatriasiyasında heç bir məhdudiyyət yoxdur; 

- İnvestorların əmlakı heç bir halda milliləşdirilə bilməz və Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu investorların əmlakını bu və ya digər məhdudiyyətlərdən qorunmasına təminat verir; 
- Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu, həmçinin investorların əqli mülkiyyət hüquqlarının tam qorunmasına təminat verir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO