Dərdimizə dərman olmaq yerinə, səhhətimizə bəla olan SAXTA ƏDVİYYATLAR... 

Dərdimizə dərman olmaq yerinə, səhhətimizə bəla olan SAXTA ƏDVİYYATLAR... 

Hazırda oxunan: Dərdimizə dərman olmaq yerinə, səhhətimizə bəla olan SAXTA ƏDVİYYATLAR... 

140583

Ədviyyat adı ilə mağazalardan aldığımız məhsulların əslində başqa bitkilər olduğundan çoxumuz xəbərsizik. Xüsusilə də, ucuz qiymətə təklif olunan ədviyyətlərdə bu cür hallara daha çox rast gəlinir.

Eyni zamanda ədviyyat alanda əksəriyyətimiz hansı büdcəmizə uyğundursa, gözə xoş gələndirsə, onu almağa çalışırıq. Lakin keyfiyyətli ədviyyətın qiyməti olduqca bahadır. Ancaq yoxlamadan, bilmədən aldığımız sarıkök, darçın, zəfəran, zəncəfil, bibər və s. orqanizmdə gözlənilməz xəstəliklərə yol açır. 

Bəzən müəyyən narahatlıqlarımızı aradan qaldırmaq üçün də təbii yolla, yəni ədviyyat istifadə etməklə həllinə can atırıq. Amma bilmirik ki, əsil olmayan ədviyyatlar nəinki bizə dərman olur, əksinə səhhətimizdə olmayan fəsadlar yaradır.

Bəs, əsil ədviyyatları saxtasından necə ayırd etmək olar?

Bizim.Media-ya açıqlamasında qida məsələləri üzrə ekspert Ağa Salamov bununla bağlı bir neçə nüansa aydınlıq gətirib. 

Ekspertin sözlərinə görə ədviyyat alarkən qiymətə və markaya diqqet yetirmədən hər qarşımıza çıxan məhsulu alsaq başa düşməliyik ki, bu saxta ədviyyatdır:

“Ədviyyatlar çox vaxt alanda keyfiyyətsiz çıxır. Ən yaxşı ədviyyat isə ən yaxşı marka və ən ucuz olmayanlardir. Məsələn zəfəranı gedib kiloqramıni absurd dərəcə ucuz aldıqda başa düşmək lazımdır ki, bu artıq zəfəran deyil, aspir bitkisidir. Təmiz zəfəranin isə qızıla bərabər qiyməti var”

Ağa Salamov məhsulun saxta olub olmadığını anlamaq üçun onu test üsullari ilə yoxlamağı və əmin olmadan məhsulu almamağı məsləhət görür:

“Məsələn, sumağa toxunduğumuz zaman əlimizə qırmızı rəng çıxarsa və ya 1 stəkan ilıq suya 1 ç/q sumaq əlavə edərkən suyun rəngi qırmızı olarsa, demək ki, ona rəng qatılıb.

Zəfəran adı ilə bəzən bazarda Aspir bitkisi satılır. Zəfəran alarkən həm qiymətinə, həm də kök qisminə diqqət etmək lazımdır. Əsl zəfəran ucuz satılmır və kök qismi (ağ qismi) kəsilir. Onun kök qisminin ağ olduğuna görə rəngvermə xüsusiyyəti yoxdur. Bəzən işbazlar çəkiyə ağırlıq qatmaq üçün kök qismini kəsib atmır.
Pul bibərə də rəng qatılır, bunu bilmək üçün 1 fincan ilıq suya 1 ç/q pul bibəri asta-asta əlavə edirik. Əgər suya qırmızı rəng çıxdısa, demək ki, rəng qatılıb. Keyfiyyətli pul bibər fincanın dibinə çökməlidir”

Röyanə Oğuz, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO