Pərvin Səmranı HƏDƏLƏDİ: “Səni polisə verib dəlixanaya saldıracam” - VİDEO

Pərvin Səmranı HƏDƏLƏDİ: “Səni polisə verib dəlixanaya saldıracam” - VİDEO

Hazırda oxunan: Pərvin Səmranı HƏDƏLƏDİ: “Səni polisə verib dəlixanaya saldıracam” - VİDEO

140546

“Nə edim ki, bu adam rahat yaşasın? Özümü öldürüm? Deyir ki, varlığın mənə travma verir. Yazışmalarımız var. İki ildir ona reaksiya vermirəm. O elə bilir ondan qorxuram. Deyir ki, yerini bildi, oturdu yerində. Nə qorxmaq? Sən kimsən? Bir mənə, bir özünə bax gör, kimsən?”

Bizim.Media xəbər verir ki, aktrisa Pərvin Abıyeva bu sözləri sosial şəbəkə hesabında açdığı canlı yayımda “Miss Azerbaijan-2019” müsabiqəsinin qalibi, model Səmra Hüseynovaya ünvanlayıb.

Modelin əlindən tənqə gəldiyini söyləyən aktrisa onu hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirib:

“Bəstir, danışma mənim haqda. Elə etmə ki, gedim polisə səndən şikayət yazım, danışmamaq, uzaqlaşdırmaq qərarı çıxartdırım. Ən sonunda səni dəlixanaya saldıracam. Ananı, atanı da bezdirmisən. Üzündən dəlilik yağır. Dəlisən, istəyirsən ki, hamı dəli olsun. Mənim dəliliyim bu gündür, sabah keçəcək. Amma səni dəlixanada cürüdəcəm. Başa düşdün? Tanıyırsan, gözüm dönəndə bilirsən necə oluram. Sonuncu xəbərdarlığımdır”. 

Pərvin Abıyevanın əsəbiləşməsinin səbəbi model Səmra Hüseynovanın sosial şəbəkədə açdığı canlı yayımda onun və valideynlərinin ünvanına nalayiq ifadələr işlətməsi olub. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO