Qərblə Rusiya növbəti dəfə ÜZ-ÜZƏ – Orta dəhlizə kim nəzarət edəcək?

Qərblə Rusiya növbəti dəfə ÜZ-ÜZƏ – Orta dəhlizə kim nəzarət edəcək?

Hazırda oxunan: Qərblə Rusiya növbəti dəfə ÜZ-ÜZƏ – Orta dəhlizə kim nəzarət edəcək?

140536

ABŞ başda olmaqla Qərbin Rusiyaya qarşı qəbul etdiyi sanksiyalar və Rusiyanın Qərbə tətbiq etdiyi kontr-sanksiyalar regional olaraq yükdaşımaların həyata keçirilməsini mümkünsüz edir. Belə bir vəziyyətdə Orta Dəhliz və Şimal-Cənub dəhlizinin aktuallığı artır. 

Orta Dəhliz Şərq və Mərkəzi Asiyadan yüklərin daşınması üçün önəmli tranzit yoludur.

Sözügedən dəhliz Trans-Xəzər Beynəlxalq Nəqliyyat dəhlizi kimi də tanınır. Orta Dəhliz 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstan tərəfindən yaradılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna Rusiyaya görə Avropa Komissiyasına NOTA VERDİ 


Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Mövcud vəziyyətdə Rusiya və İran Qərbin sanksiyalarına məruz qaldığından Çin, Mərkəzi Asiya və Avropa dövlətləri üçün məhz Azərbayandan keçən Orta Dəhlizə maraq xüsusi olaraq artıb. 

Sözügedən nəqliyyat marşrutu üzərində 60-a yaxın ölkə yerləşir. Bu baxımdan, Orta Dəhliz həm iştirakçı ölkələr, həm də digər dövlətlər üçün əhəmiyyətlidir.

Bu marşrutla hərəkət edən blok qatarı yükləri orta hesabla 10-12 günə Çindən Avropaya çatdırmaq imkanındadır.

Konteynerlərin Asiyadan qərbə okean yolu ilə göndərilməsi üçün 45-60 gün tələb olunursa, Azərbaycan üzərindən keçən marşrutla bu müddət təqribən 3 dəfəyə qədər azalır. Bu da Asiya ilə Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu göstərir. Orta Dəhlizin açılması ilə Azərbaycanın həm təchizatçı, həm də tranzit ölkə olaraq Avropanın enerji təminatındakı rolu daha da artacaq.Məhz bu dəhlizin önəmli rol oynamasının nəticəsidir ki,onun uğrunda Qərblə Rusiya arasında amansız rəqabət gedir. Hər iki tərəf çalışır ki, sözügedən dəhlizə nəzarət öz əllərində olsun. 

Belə bir vəziyyətdə böyük güclərin artan diqqəti bu dəhlizin ən önəmli parçası olan Azərbaycan üçün nə vəd edir?

Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri bildirir ki, böyük güclərin Orta Dəhlizə artan diqqəti onlar üçün Azərbaycanın önəmini daha da artıracaq:

“Asiyanı Avropaya birləşdirən yerin qovuşacağı məkan Azərbaycandır. Burada iki yeni kommunikasiya sistemləri var, Şimal-Cənub və Şərq-Qərb. Azərbaycanın istəyi və razılığı olmadan nə Rusiya-İran razılaşması keçərlidir. Nə də ki, Orta Dəhlizi həyata keçirmək mümkün olmayacaq. 

Zəngəzur dəhlizinin açılması isə həm Rusiya, həm Asiya, həm də Avropa üçün tranzit baxımından daha qısa yolu təmin edir. Ona görə də Azərbaycan prosesdə çox önəmli ölkədir. Türkiyə, Çin və Avropanın maraqlı olduğu Mərkəzi Asiya ölkələri də həmin prosesdə bilavasitə iştirakçı və maraqlıdırlar. Ona görə də Azərbaycanı yanına almayan, ölkəmizlə bu məsələdə razılaşmayan heç bir ölkə prosesdə uğur qazana bilməz. 

Bütün bunlar isə Orta Dəhlizin reallaşmasında maraqlı olan ölkələr üçün Azərbaycanın önəmini daha da artırır.

Böyük güclərin dəhlizə artan diqqəti fonunda onlar Azərbaycanla hesablaşmalı olacaqlar ki, bu da öz növbəsində ölkəmizin dünya miqyasında nüfuz və imicinin artmasına xidmət edəcək. Bir sözlə dəhlizin reallaşması həm siyasi, həm də iqtisadi baxımdan dünya ölkələri üçün Azərbaycanın önəmini artıracaq”.

Rüfət Sultan, Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO