“Qalatasaray”ın prezidenti azərbaycanlı uşağın arzusunu yerinə yetirdi – VİDEO

“Qalatasaray”ın prezidenti azərbaycanlı uşağın arzusunu yerinə yetirdi – VİDEO

Hazırda oxunan: “Qalatasaray”ın prezidenti azərbaycanlı uşağın arzusunu yerinə yetirdi – VİDEO

140453

Bu mövsüm Türkiyə Super Liqasında çempion “Qalatasaray” olub.

Bizim.Media xəbər verir ki, Azərbaycanda “Cim-Bom” azarkeşlərindən biri də Heydər Əliyev Liseyinin 2-ci sinif şagirdi Ehtimad Nəsiblidir.

Bugünlərdə doğum gününü qeyd edən “Cim-Bom” fanatına ən böyük, gözlənilməz hədiyyə “Qalatasaray” prezidenti Dursun Özbekdən gəlib.

İstanbul klubunun başqanı Ehtimada sportinfo.az vasitəsilə öz təbriklərini çatdırıb:

”Əzizim, Ehtimad! Doğum gününü qeyd edirsən. Sağlam böyü, Azərbaycanda “Qalatasaray” azarkeşlərinin daha da çoxalmasında yaxından iştirak et, “Cim-Bom”lu olmasına vasitəçilik et. “Qalatasaray”lı olmağınla qürur duy. Təbrik edirəm, doğum günün mübarək olsun, Ehtimadım mənim”. 

 




Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO