“Effektinvest” BOKT 2022-ci ili böyük zərərlə BAŞA VURDU  

“Effektinvest” BOKT 2022-ci ili böyük zərərlə BAŞA VURDU  

Hazırda oxunan: “Effektinvest” BOKT 2022-ci ili böyük zərərlə BAŞA VURDU  

140423

2013-cü ildən Azərbaycanda fəaliyyət göstərən “Effektinvest” Bank Olmayan Kredit Təşkilatı 2022-ci ilin dekabrın 31-nə olan son hesabatını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, hesabatda, BOKT-un ötən ili 2 milyon 863,75 min manat mənfəətlə başa vurduğu əks olunub. 

Sənədə görə, bu gəlirlər 2021-ci ilin eyni dövrü ilə müqayisədə 14.2% az olub. Belə ki, bu dövrdə həmin gəlirlər 3 milyon 338 min manat təşkil edib.  

Eyni zamanda, “Effektinvest” Bank Olmayan Kredit Təşkilatının 2022-ci ilin dekabrın 31-nə qədər ativlərdən əldə etdiyi gəlirin ümumi həcmi 1 milyon 460 min 749 manat təşkil edib.  

Hesabatda göstərilir ki, bunun 968 min 387 manatı müştərilərə verilmiş xalis kreditlər təşkil edib.

Qeyd edək ki, bu gəlir 2021-ci ilin eyni dövrü ilə müqayisədə 36 min 495 manat və ya 2,4 faiz az olub. Belə ki, bu dövrdə aktivlərin ümumi həcmi 1 milyon 497 min 244 manat həcmində olub.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO