NATO sabah Kaxovkanın müzakirəsi üçün TOPLANACAQ 

NATO sabah Kaxovkanın müzakirəsi üçün TOPLANACAQ 

Hazırda oxunan: NATO sabah Kaxovkanın müzakirəsi üçün TOPLANACAQ 

140325

Sabah NATO-nun Baş katibi Yens Stoltenberqin sədrliyi ilə NATO-Ukrayna Komissiyasının iclası keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Stoltenberq rəsmi “Twitter” hesabında m’lumat verib. 

O bildirib ki, NATO-ya üzv ölkələrin səfirlərinin də qatılacağı toplantıda Ukraynada baş verənlər və Kaxovka bəndinin vurulması müzakirə olunacaq:   

“İclasda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba videokonfrans vasitəsilə iştirak edəcək”. 

Stoltenberq Kuleba ilə bəndin vurulması ilə bağlı danışdığını, bəndin çökməsi səbəbindən minlərlə insanın evlərini tərk etdiyini və Ukraynanın ekoloji fəlakətlə üzləşdiyini bildirib. 
Qeyd edək ki, iyunun 6-na keçən gecə Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasında partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb. Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edir.  


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO