Qax rayonuna yağan güclü leysan nəticəsində Qapıçay çayı daşıb, həyətləri, evləri və ictimai iaşə obyektlərini su basıb. Həmçinin Qaşqaçay və Armudlu kəndlərini birləşdirən Qaşqaçay üzərində yerləşən iridiametrli borunu da sel-sular aparmışdı.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qeyri-sabit hava şəraiti ötən gün axşam saatlarından başlayıb və qısa fasilələrlə gündüz saat 11-ə kimi davam edib.
Rayon ərazisində güclü küləklə müşahidə olunan leysan yağıb. Nəticədə yol kənarında olan ağaclar aşıb, yağış suları həyətyanı sahələrə dolub. Qapıçay çayında daşqın baş verib.
Marsan və Şotavar kəndlərində yerləşən üç restoranın ərazisi subasmaya məruz qalıb. Marsan kəndində sel suları fərdi yaşayış evlərinin həyətlərinə və zirzəmilərinə dolub. Güclü külək və leysan nəticəsində sahələrdə taxıl, tütün, qarğıdalı və digər kənd təsərrüfatı bitkilərinə də zərər dəyib.
İntensiv yağıntılar nəticəsində Qax rayonunun Qaşqaçay və Armudlu kəndlərini birləşdirən Qaşqaçay üzərində yerləşən və səhər saatlarında sel sularının yuyaraq dağıtdığı suötürücü borular bərpa olunub.
Qeyd edək ki, gələcəkdə bu kimi hadisələrin baş verməsinin qarşısını almaq məqsədi ilə hazırda Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaşqaçay üzərində 2 aşırımlı və 36 metr uzunluğa malik yeni avtomobil körpüsünün inşası aparılır.
Rayon Fövqəladə Hallar Komissiyasından Bizim.Media-ya verilən məlumata əsasən fəsadların aradan qaldırılması istiqamətində müvafiq işlər davam etdirilir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
19:45 / 07.06.2023
Leysan və küləyin Qaxda yaratdığı fəsadların bir qismi aradan qaldırılıb, işlər davam etdirilir - FOTO
Hazırda oxunan: Leysan və küləyin Qaxda yaratdığı fəsadların bir qismi aradan qaldırılıb, işlər davam etdirilir - FOTO
Hazırda oxunan: Leysan və küləyin Qaxda yaratdığı fəsadların bir qismi aradan qaldırılıb, işlər davam etdirilir - FOTO
140297
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.