Şuşada keçiriləcək basketbol turnirinin püşkü atıldı - FOTO

Şuşada keçiriləcək basketbol turnirinin püşkü atıldı - FOTO

Hazırda oxunan: Şuşada keçiriləcək basketbol turnirinin püşkü atıldı - FOTO

140102

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində iştirak edəcək 8 komanda 2 qrupda mübarizə aparacaq.  

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

A qrupunda Almaniya, Rumıniya, Türkiyə milli komandaları, Neftçi klubu, B qrupunda isə Niderland, Macarıstan, Azərbaycan seçmələri və Yaponiyanın G FLOU komandası mübarizə aparacaq. Reqlamentə əsasən qruplarda birinci yeri tutmuş komandalar birbaşa yarımfinal mərhələsinə yüksələcəklər.  
Qruplarda ikinci və üçüncü yerin sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə dörddəbir final mərhələsində üz-üzə gələcək.  

Turnirin Şuşa mərhələsinin açılış oyunu iyunun 12-də saat 13:00-da Almaniya və Türkiyə seçmələri arasında baş tutacaq. Yığma komandamızın qrupdakı ilk oyunu saat 14:15-də Macarıstan, "Neftçi" klubunun görüşü isə saat 13:50-də Rumıniya seçməsinə qarşı olacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO