Həbsdəki qardaşına narkotik keçirmək istəyən bacı SAXLANILDI - FOTO

Həbsdəki qardaşına narkotik keçirmək istəyən bacı SAXLANILDI - FOTO

Hazırda oxunan: Həbsdəki qardaşına narkotik keçirmək istəyən bacı SAXLANILDI - FOTO

140091

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb. 

Bu barədə Bizim.Media-ya Xidmətdən məlumat verilib. 

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Ramiz Quliyevlə görüşə gələn bacısı tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan köynəyin cibində kağıza bükülərək gizlədilmiş, ümumi çəkisi 0,094 qram olan narkotik maddə - heroin aşkar olunub. 
Bundan başqa, Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Həsən Əbdülhüseynov Təcridxanaya qəbul edilərkən onun şəxsi əşyalarına və üzərinə baxış keçirilib.

Baxış zamanı əynindəki alt geyiminin çiyin hissəsinə xüsusi üsulla hopdurularaq gizlədilmiş, ümumi çəkisi 0,135 qram olan narkotik maddə - heroin aşkar olunub. 

Hər iki faktla bağlı araşdırma aparılır. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO