Polis Bakı və Sumqayıtda əməliyyat keçirdi - Avtomobil qaçıranlar saxlanıldı

Polis Bakı və Sumqayıtda əməliyyat keçirdi - Avtomobil qaçıranlar saxlanıldı

Hazırda oxunan: Polis Bakı və Sumqayıtda əməliyyat keçirdi - Avtomobil qaçıranlar saxlanıldı

139974

Bakıda və Sumqayıtda avtomobilləri qaçıran şəxslər saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən “BMW” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Nəsimi rayonu ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Ağayev müəyyən olunaraq saxlanılıb.

Eyni zamanda Sumqayıt şəhəri ərazisindən isə “Toyota” markalı avtomobilin qaçırılması barədə Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Rəşad Xəlilov iyunun 4-də həmin avtomobili idarə edərkən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO