AzTV-nin solisti Beyonsenin Londondakı konsertində - FOTO/VİDEO

AzTV-nin solisti Beyonsenin Londondakı konsertində - FOTO/VİDEO

Hazırda oxunan: AzTV-nin solisti Beyonsenin Londondakı konsertində - FOTO/VİDEO

139779

“Səs Azərbaycan” müsabiqəsinin qalibi, AzTV-nin solisti Emiliya Yaqubova Britaniyadakı son paylaşımları ilə diqqət çəkib.  

Bizim.Media xəbər verir ki, sənətçi dünya pop səhnəsinin əvəzolunmaz ulduzu Beyonsenin konsertində iştirak edib. 

Emiliya pop divanın “Renessans” adlı dünya turu çərçivəsində London şəhərinin “The Tottenham” stadionunda səhnə alıb.  

Mükəmməl vokal, inanılmaz enerji və səhnə perfomansı ilə Beyonse onu izləməyə gələn minlərlə tamaşaçıları özünə valeh edib. Yaqubova həmin anları çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  
Emiliya paylaşımına “Londonda “Renessans” dünya turu. Beyonse unudulmaz idi! Siz möhtəşəm idiniz! Gözəl ürəyiniz üçün təşəkkür edirəm! Mən sizi sevirəm” şərhini yazıb.  
 










Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO