Roma Papası İraqın Nəcəf şəhərində Ayətullah Sistani ilə görüşdü

Roma Papası İraqın Nəcəf şəhərində Ayətullah Sistani ilə görüşdü

Hazırda oxunan: Roma Papası İraqın Nəcəf şəhərində Ayətullah Sistani ilə görüşdü

13967

İraqda səfərdə olan Roma Papası Fransisk Nəcəf şəhərində bu ölkədəki şiələrin lideri Əli əl-Sistani ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Əl Ərəbiyə” telekanalı yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Roma Papası Sistani ilə görüşəcək - İRAQ SƏFƏRİ


Mənbə yazır ki, dini liderlər dinlərarası dialoq və tolerantlıq məsələlərini müzakirə ediblər.

“Reuters” agentliyinin xəbərində isə qeyd edilir ki, bundan əvvəl müsəlman ölkələrindən Azərbaycan, Türkiyə, İordaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Fələstinə səfər etdiyini diqqətə çatdıran Papa Fransisk dinlər arasında dialoqun əhəmiyyətini vurğulayıb.

Ərəb mətbuatı qeyd edir ki, adətən heç bir görüş keçirməyən 90 yaşlı Əli əl-Sistani özünün İmam Əli ziyarətgahının yaxınlığında yerləşən evində Roma Papası ilə görüşə heç bir hökumət nümayəndəsinin iştirakı olmamaq şərti ilə razılıq verib.

Görüşdən sonra dini liderlər müsəlmanlar, xristianlar və yəhudilər üçün müqəddəs olan İbrahim Peyğəmbərin dünyaya gəldiyi qədim Babilistanın Ur şəhərinin xarabalıqlarını ziyarət ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO