“Qərb Kiyevə hərbi dəstək göstərməsə, Ukraynadakı müharibə bir neçə həftəyə bitə bilər”.
Bizim.Media xəbər verir ki, Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel bu barədə Sinqapurda keçirilən “Şanqri-La dialoq” forumunda çıxışı zamanı bildirib.
“Əgər bu vacibdirsə, Ukraynaya hərbi dəstəyimizi dayandıra bilmərik. Çünki kapitulyasiya ilə nəticələnəcək və Ukraynanı ikinci Belarusa çevirəcək sülh bizə lazım deyil”, - deyə Aİ rəsmisi əlavə edib.
Jozep Borrel deyib ki, burada müharibənin sona çatmasından deyil, necə sona çatmasından söhbət gedir.
Onun sözlərinə görə, Qərb Ukraynada sülhə nail olmaq üçün Kiyevə hərbi dəstəyini davam etdirəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:54 / 03.06.2023
“Qərb Ukraynaya dəstək verməsə, müharibə bir neçə həftəyə bitər” – Borrel
Hazırda oxunan: “Qərb Ukraynaya dəstək verməsə, müharibə bir neçə həftəyə bitər” – Borrel
Hazırda oxunan: “Qərb Ukraynaya dəstək verməsə, müharibə bir neçə həftəyə bitər” – Borrel
139501
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.