İşsizlikdən Sığorta Fondunun gəlirləri ARTDI – HESABAT  

İşsizlikdən Sığorta Fondunun gəlirləri ARTDI – HESABAT  

Hazırda oxunan: İşsizlikdən Sığorta Fondunun gəlirləri ARTDI – HESABAT  

139392

“İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş gəlirlər 5,0 mln. manat və ya 2,4% artırılaraq 217,7 mln. manat məbləğində müəyyən edilib.  

Bizim.Media xəbər verir ki, bu barədə adıçəkilən qanun layihəsinə Hesablama Palatasınin rəyində əks olunub. 

Təqdim edilmiş məlumatlar əsasında Hesablama Palatası tərəfindən tərtib edilən hesablama cədvəlində, işsizlikdən sığorta fonduna daxil olan gəlirlərin 159 milyon 576 min manat, işsizlikdən sığorta üzrə haqları təşkil edib. 
Büdcədən maliyyələşən təşkilatlar üzrə 22 milyon 434 min manat, büdcədən maliyyələşən təşkilatlarda çalışanlar üzrə yenə 22 milyon 434 min manat, qeyri-büdcə sektörü üzrə 114 milyon 706 min manat, şair gəlirlər üzrə 66 milyon manat, əvvəlki illərdə işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitindən cari ilin xərclərinə yönəldilən məbləği 53 milyon 032 min manat olub. 

Hesablama Palatasının hesablamaları nəticəsində əldə edilən gəlirin ümumi məbləği isə 212 milyon 668,3 min manat səviyyəsində olub. 

Qeyd edək ki, layihədə qeyd edilən artım Fondun büdcəsində gəlirlərin formalaşmasında iştirak edən üç  mənbədən biri olan İşsizlikdən Sığorta Fondunun əvvəlki illərdə istifadə olunmamış vəsaiti hesabına nəzərdə tutulub. Bu isə, əvvəlki ildə gəlir kimi tanınmış məbləğin bir hissəsinin təkrar gəlir olaraq  uçotuna şərait yaradır.  
Diqqətə çatdıraq ki, Fondun 2023-cü il büdcəsinə Hesablama Palatasının hazırladığı rəydə 2022-ci ilin sonuna gözlənilən icra göstəricisinin 2023-cü ilin proqnoz göstəricisindən çox olduğu  diqqətə alınaraq Fondun gəlirlərinin artırılması potensialının olduğu qeyd edilib. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO