Əhali yay tətilini harada keçirməyi planlaşdırır? – SORĞU  

Əhali yay tətilini harada keçirməyi planlaşdırır? – SORĞU  

Hazırda oxunan: Əhali yay tətilini harada keçirməyi planlaşdırır? – SORĞU  

139346

Sosial Tədqiqatlar Mərkəzi rəy sorğusu əsasında vətəndaşların yay tətili ilə bağlı planlarını öyrənib.  

Bizim.Media xəbər verir ki, sorğu əsnasında respondentlərə “Yay tətilini hara keçirməyi planlaşdırırsınız?” sualı ünvanlanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bağ evlərinin kirayəsi BAHALAŞDI - VİDEO 


Suala cavab olaraq, sorğuda iştirak edənlərin 50.6%-i bu ilki yay tətilini yaşadığı evdə keçirəcək. 

Əhalinin 31.7%-i tətil zamanı regionlara üz tutacaqlarını bildirib. 6.2%-i yay tətilini bağ evində, 2.9%-i müəyyən turizm və istirahət mərkəzlərində, 2.6%-i xarici ölkələrdə keçirməyi planlaşdırır. 

Nəticələrə əsasən, yay tətilini ölkə xaricində keçirməyi planlaşdırdığını bildirənlər əsasən gənclər və özəl sektorda çalışdığını bildirənlərdir.

Respondentlərin gəlir səviyyəsinin artmasına paralel olaraq, tətili yaşadığı evdə keçirməyi planlaşdıranların sayında azalan, ölkənin digər rayonlarında keçirməyi planlaşdıranların sayında artan dinamika qeydə alınıb. 


Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO