Qubada qəsdən adam öldürmə faktı üzrə cinayət işi BAŞLANILDI

Qubada qəsdən adam öldürmə faktı üzrə cinayət işi BAŞLANILDI

Hazırda oxunan: Qubada qəsdən adam öldürmə faktı üzrə cinayət işi BAŞLANILDI

139240

İyunun 2-si saat 01 radələrində 1997-ci il təvəllüdlü Rəhman Rəhmanovun Quba Rayon Mərkəzi Xəstəxanası PHŞ-də ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Quba rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, ilkin araşdırma zamanı 1996-cı il təvəllüdlü Murad Abbasovun aralarında yaranmış mübahisə zamanı Quba şəhəri ərazisində Rəhman Rəhmanova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Murad Abbasov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 
İbtidai istintaq davam edir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO