\

\"Abşeron\" yatağından ilk qaz bu tarixdə ÇIXARILACAQ

Hazırda oxunan: \"Abşeron\" yatağından ilk qaz bu tarixdə ÇIXARILACAQ

139113

Bir neçə həftə ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağından ilk qaz çıxarılacaq. 

Bizim.Media xəbər verir ki, bunu 28-ci Bakı Enerji Forumu zamanı "TotalEnergies" şirkətinin Avropa üzrə birinci vitse-prezidenti Jan-Lyuk Qizyu bildirib. 

"Bu il, yəni bir neçə həftədən sonra "Abşeron" sahəsindən ilk qaz çıxacaq. Bu da gələcək inkişaflara böyük bir qapıdır. "Abşeron" yatağının potensialı üçün böyük fürsətdir", - Jan-Lyuk Qizyu qeyd edib. 

Onun sözlərinə görə, Avropaya qaz təchizatında Azərbaycan mühüm rol oynayır və bu sahədə etibarlı tərəfdaşdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO