Kişinyovda İlham Əliyevlə Paşinyanın görüşünün saatı dəqiqləşdi

Kişinyovda İlham Əliyevlə Paşinyanın görüşünün saatı dəqiqləşdi

Hazırda oxunan: Kişinyovda İlham Əliyevlə Paşinyanın görüşünün saatı dəqiqləşdi

139055

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Moldovada görüş keçirəcək.

Görüşdə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Almaniya kansleri Olaf Şolz, Fransa Prezidenti Emmanuel Makron da iştirak edəcək. Beştərəfli görüşün Bakı vaxtı ilə saat 16:30-da başlayacağı deyilir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Avropa İttifaqı Şurasının saytında yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün İlham Əliyevlə Paşinyan arasında görüş olacaq


Xatırladaq ki, Prezident İlham Əliyev mayın 31-də Moldovaya səfər edib, Moldova Prezidenti Maya Sandu və bu ölkənin baş naziri Dorin Reçan ilə görüşlər keçirib. 

Qeyd edək ki, Kişinyovda “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO