“Qarabağ” bu futbolçunu yenidən İCARƏYƏ VERƏCƏK 

“Qarabağ” bu futbolçunu yenidən İCARƏYƏ VERƏCƏK 

Hazırda oxunan: “Qarabağ” bu futbolçunu yenidən İCARƏYƏ VERƏCƏK 

138907

Azərbaycan milli komandasının hücumçusu Rüstəm Əhmədzadənin yeni mövsümə hansı komandada başlayacağı hələ ki, dəqiqləşməyib. 

Bizim.Media xəbər verir ki, "Zirə" forvardın xidmətində maraqlı deyil.  

Bu mövsümü adıçəkilən komandada keçirən Əhmədzadənin müqavilə ilə məxsus olduğu “Qarabağ”a qayıdacağı gözlənilir. Amma iddiaya əsasən, Əhmədzadə bu dəfə də, “Qarabağ”da qalmayacaq.

Onun yeni mövsüm başqa kluba icarəyə veriləcəyi ehtimal edilir.  

Qeyd edək ki, "Zirka" yetirməsi olan Rüstəm “Aleksandriya”, “Kolos”, “Poddolye”, “Minay” klublarının formasını geyindikdən sonra “Qarabağ”la anlaşmışdı. Onun Ağdam klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO