Rəhman Rəhmanov əməliyyat olundu

Rəhman Rəhmanov əməliyyat olundu

Hazırda oxunan: Rəhman Rəhmanov əməliyyat olundu

138877

Əməkdar artist Rəhman Rəhmanov əməliyyat olunub. 

Bizim.Media xəbər verir ki, bununla bağlı sənətkar qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində məlumat verib. 

Səhhətində uroloji problem yarandığı üçün aktyor özəl tibb müəssisələrin birində təcili əməliyyata qərar verdiyini açıqlayıb: 

“Bu əməliyyat mənim üçün möcüzə oldu. Sırağa gün əməliyyat olundum. Dünən xəstəxanadan çıxdım. Bu gün də avtomobilimə əyləşib gəlmişəm bu verilişə. Bu əməliyyat heç də asan əməliyyat deyil. Əməliyyat otağında oğlum Emilin mahnıları səslənirdi. Elə onun mahnıları fonunda əməliyyat olundum. Böyrəyimdən çıxarılan daşları əməliyyatdan sonra mənə verdilər. O daşları özümlə evə aparıb pilləkan tikəcəm. Pilləkan tikməyə pulum çatmırdı (gülür). Ağrı nədir, bilmədim. Əməliyyatdan sonra gecə çox gözəl yatdım”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO