"Yaxın dostumu və qardaşımı itirdim".
Bu sözləri Əməkdar artist Elxan Qasımovla vida mərasimində iştirak edən Xalq artisti Rasim Balayev deyib.
MÖVZU İLƏ BAĞLI:
Elxan Qasımov dəfn olundu - FOTO
Sənətkar mərhumla bağlı fikirlərini bu sözlərlə dilə gətirib:
"Elxan kinomuzun fədaisi idi. Mənim üçün onun haqqında keçmiş zamanda danışmaq çox ağırdır. Elxan kinoya vurğun insan idi. Hər zaman oğlu Samirin haqqında danışıb, kövrəlirdi. "Samir" deyib gəzirdi. Elxan hər gün məzarlığa gəlib Samirin qəbrini ziyarət edirdi. İndi baxıb deyirəm ki, Elxan, axır ki, oğlun Samirə qovuşdun. Çox təəssüf ki, ona belə qovuşdun. Allah rəhmət eləsin!".
Rəşad Əliyev, Bizim.Media