İsrail Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO

İsrail Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO

Hazırda oxunan: İsrail Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO

138688

Azərbaycan Respublikasına rəsmi səfərə gələn İsrail Prezidenti İsxaq Hersoqun rəsmi qarşılanma mərasimi olub.

Bizim.Media xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İsrail Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 

MÖVZU İLƏ BAĞLI:

İsrail Prezidenti: Azərbaycan regionun çox əhəmiyyətli ölkəsidir


Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva İsrail Prezidenti İsxaq Hersoq və Mixal Hersoqu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi İsrail Prezidentinə raport verib.

İsrail və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və İsrail Prezidenti İsxaq Hersoq fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İsrail Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti İsxaq Hersoqun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.




























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO