Sılanın anşlaqla keçən konsertində YAŞANANLAR - VİDEO 

Sılanın anşlaqla keçən konsertində YAŞANANLAR - VİDEO 

Hazırda oxunan: Sılanın anşlaqla keçən konsertində YAŞANANLAR - VİDEO 

138639

Türkiyənin məşhur pop ulduzu Sıla Gençoğlunun Bakıdakı konserti baş tutub. 

Bizim.Media xəber verir ki, Bakı Konqres Mərkəzində canlı musiqi proqramı ilə tamaşaçıların qarşısına çıxan sənətçi repertuarında yer alan sevilən və hit ifalarını arda-arda düzüb. 

Sıla peşəkar musiqiçi ansablının müşayiəti ilə "Velhasıl" adlı mahnısı ilə səhnəyə çıxaraq, konsertinə başlayıb.Daha sonra ulduz "Sevişmədən uyumayalım", "Arz", "Kafa", "Ya benimle" və digər nəğmələrini səsləndirib. 

Sənətçinin hər çıxışı onu seyr etməyə gələn tamaşaçılar tərəfindən alqış və rəğbətlə qarşılanıb. 
 
Qeyd edək ki, Sıla Gençoğlunun musiqi gecəsi "Anadolu events" tərəfindən təşkil olunub. 

Anşlaqla keçən konsert zamanı lentə alınan görüntüləri təqdim edirik: 
 



Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO