Azərbaycanda avtomobillə yük daşımalarının sayı ARTIB  

Azərbaycanda avtomobillə yük daşımalarının sayı ARTIB  

Hazırda oxunan: Azərbaycanda avtomobillə yük daşımalarının sayı ARTIB  

138522

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə yük daşımaları 39,2 milyon ton yaxud yük daşımalarının ümumi həcminin 55 faizini təşkil edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. 

Məlumata görə, avtonəqliyyatla yük daşımaları 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 3,2 faiz artıb. 

Özəl sektorda avtonəqliyyatla yük daşımaları 4,1 faiz artıb. Qeyd olunan dövrdə özəl sektorun payına avtomobil nəqliyyatı ilə bütün yük daşımalarının 76,2 faizi düşüb. 
Yanvar-aprel aylarında avtonəqliyyatla sərnişin daşımaları 504,1 milyon nəfər olub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 20 faiz çoxdur. Qeyd olunan dövrdə avtobusla 95,5 faiz, taksi və digər özəl daşıyıcılarla isə 4,5 faiz sərnişin daşınıb. 

Bundan başqa, Bakı metropoliteninin xidmətlərindən 71,7 milyon nəfər istifadə edib (12,9 faiz artım). 

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda bütün nəqliyyat növləri ilə yük daşımaları 71,2 milyon ton olub ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 5,9 faiz çoxdur. Hesabat dövründə Azərbaycanda sərnişin daşımaları 578,6 milyon nəfəri ötüb ki, bu da 2022-ci ilin göstəricisindən 19,2 faiz çoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO