London-Honkonq təyyarəsi Bakıya təcili eniş etdi – SƏBƏB 

London-Honkonq təyyarəsi Bakıya təcili eniş etdi – SƏBƏB 

Hazırda oxunan: London-Honkonq təyyarəsi Bakıya təcili eniş etdi – SƏBƏB 

138516

"British Airways" aviaşirkətinin London-Honkonq reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. 

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub. 

"Boeing 787" təyyarəsi yerli vaxtı ilə saat 05:09-da Bakı hava limanına uğurla eniş edib. 

Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırıb. Onunla birlikdə Bakıda ailə üzvü olan daha bir reys sərnişini qalıb. 
"British Airways" aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan Honkonqa Bakı vaxtı ilə saat 07:37-də yola düşüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO