Türkiyədə seçkilərə görə 5 nəfər saxlanıldı - SƏBƏB

Türkiyədə seçkilərə görə 5 nəfər saxlanıldı - SƏBƏB

Hazırda oxunan: Türkiyədə seçkilərə görə 5 nəfər saxlanıldı - SƏBƏB

138443

Bu gün Türkiyə təhlükəsizlik qüvvələri sosial şəbəkələrdə ölkədə prezident seçkilərinin ikinci turunun keçirilməsi ilə bağlı təxribat xarakterli mesajların yayılmasına görə 5 nəfəri saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.

Onlar sosial şəbəkələrdə prezident seçkilərinin ikinci turunda səsvermənin gedişi ilə bağlı ictimaiyyətdə yanlış və qeyri-real təsəvvür yarada biləcək təxribat və manipulyasiya xarakterli mesajlar yaymaqla ictimai asayişi pozmağa cəhddə ittiham olunurlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO