Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonuna səfər edib.
Bizim.Media xəbər verir ki, dövlət başçısı Kəlbəcər rayonunda Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində, “Azərenerji” ASC-nin “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.
Prezident İlham Əliyevə uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlər barədə məlumat verilib.
Dövlət başçısı Kəlbəcərdə Hərbi hospitalın açılışında, yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəbin təməlqoyma mərasimlərində də iştirak edib.
Bizim.Media
![](http://ssl.bizim.media/file/articles/2023/05/27/1685183154_6471bd45d829f6471bd45d82a016851756216471bd45d829d6471bd45d829e.jpg)
![](http://ssl.bizim.media/file/articles/2023/05/27/1685183090_1624526017_1.5-kcur-2.jpg)
![](http://ssl.bizim.media/file/articles/2023/05/27/1685183108_1685182534989747001_1000x669.jpg)
![](http://ssl.bizim.media/file/articles/2023/05/27/1685183078_16851829091535151255_1000x669.jpg)
![](http://ssl.bizim.media/file/articles/2023/05/27/1685183149_1685182745866631620_1000x669.jpg)
![](http://ssl.bizim.media/file/articles/2023/05/27/1685183104_16851827451287021890_1000x669.jpg)
![](http://ssl.bizim.media/file/articles/2023/05/27/1685183086_16851827445260720578_1000x669.jpg)