BTC ilə nəql edilən neftin həcmi ARTIB  

BTC ilə nəql edilən neftin həcmi ARTIB  

Hazırda oxunan: BTC ilə nəql edilən neftin həcmi ARTIB  

138101

Bu ilin yanvar-aprel aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 74 140 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 6,35% çoxdur. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin "BOTAŞ" şirkəti məlumat yayıb. 

Bildirilib ki, ötən ilin müvafiq dövründə BTC kəmərilə Türkiyə ərazisilə 69 713 min barel neft nəql edilib. 

Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO