Arif Alvi: “Pakistan sınaqlar zamanı qürurla Azərbaycanın yanında olub”

Arif Alvi: “Pakistan sınaqlar zamanı qürurla Azərbaycanın yanında olub”

Hazırda oxunan: Arif Alvi: “Pakistan sınaqlar zamanı qürurla Azərbaycanın yanında olub”

138086

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri!

Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə böyük məmnunluqla ən xoş arzularımı çatdırıram.

Son otuz ildə ölkələrimiz arasında qardaşlıq əlaqələri xüsusilə iqtisadiyyat və ticarət, mədəniyyət, təhsil, eləcə də müdafiə sahələrində dərinləşən çoxsahəli əməkdaşlığımız əsasında möhkəmlənib. Pakistan sınaqlar zamanı qürurla Azərbaycanın yanında olub. Pakistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə öz dəstəyini göstərməkdə davam edəcək.

Mən, həmçinin uzaqgörənliyi və müdrik rəhbərliyi ilə Azərbaycanı uğur və tərəqqi yoluna çıxarmış Ümummilli Liderin xatirəsinə dərin ehtiram bəsləyən, “Heydər Əliyev İli”ndə onun 100 illik yubileyini qeyd edən Azərbaycan xalqını təbrik edirəm.

Əminəm ki, xalqlarımızın rifahı naminə ikitərəfli əməkdaşlığımızı daha da genişləndirmək üçün Sizinlə işləməkdə davam edəcəyik.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram. Zati-aliləri, xahiş edirəm, dərin ehtiramımı və xoş arzularımı qəbul edin".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO