Azərbaycanın bütün dövlət kinostudiyalarında istehsalat prosesi DAYANDIRILIB 

Azərbaycanın bütün dövlət kinostudiyalarında istehsalat prosesi DAYANDIRILIB 

Hazırda oxunan: Azərbaycanın bütün dövlət kinostudiyalarında istehsalat prosesi DAYANDIRILIB 

138083

"Bütün dövlət kinostudiyalarında istehsalat prosesi dayandırılıb". 

Bizim.Media xəbər verir ki, bu barədə report.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Məlumata görə, Kino Agentliyi (ARKA) fəaliyyətə başladıqdan sonra ölkədə kinematoqrafiya sahəsinin müxtəlif istiqamətlərində islahatların aparılması ilə yanaşı, dövlət sifarişi və dəstəyi ilə kino istehsalı, o cümlədən animasiya filmlərinin çəkilməsi sahəsində də müvafiq işlərin görülməsi nəzərdə tutulur:
"ARKA-nın ən yaxın zamanda fəaliyyətə başlaması üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür". 

Qeyd edək ki, 2022-ci il aprelin 20-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Agentlik Azərbaycanda kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə yaradılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO