Azərbaycanda 400 min şəxs işlə təmin edilib – RƏSMİ 

Azərbaycanda 400 min şəxs işlə təmin edilib – RƏSMİ 

Hazırda oxunan: Azərbaycanda 400 min şəxs işlə təmin edilib – RƏSMİ 

137925

Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi 2018-2023-cü illərdə ölkəmizdə əmək müqavilələri sayında 34 faiz və ya 400 mindən çox artıma imkan verib. 

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. 

Həmin dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən məşğulluğun təminatı, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər aparılaraq 400 min nəfər işlə təmin edilib.  
Özünüməşğulluq proqramına cəlb olunanların illik sayı 14 dəfə artırılaraq 16 mini ötüb, 61 min nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nə isə artıq 8,5 min şəxs cəlb olunub.  

Ödənişli ictimai işlər proqramı üzrə 127 min nəfərin, 2020-ci ilin son aylarında icrasına başlanan “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə 2,2 min nəfərin işlə təminatı həyata keçirilib.  
Agentlik tərəfindən 2018-2023-cü illərdə 16,5 min nəfər üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib, 423 min nəfər peşəyönümü xidmətlərə cəlb olunub, 18 min nəfər işsizlikdən sığorta ödənişi ilə təmin olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO