Türkiyədə keçirilən prezident seçkilərinə namizəd CHP lideri Kemal Kılıçdaroğlu “Mövzular Açıq Mikrofon” proqramının qonağı olub.
Bizim.Media xəbər verir ki, proqramın formatına uyğun olaraq, əhali tərəfindən verilən sualları cavablandıran Kılıçdaroğluna Azərbaycanla bağlı sual ünvanlanıb.
Belə ki, daha öncə Bakını "həyatımın layihəsi" adlandırdığı nəqliyyat layihəsindən kənarlaşdırdığına görə də tənqid olunan Kamal Kılıçdaroğluna gənclərdən biri “tarixi İpəkyolu lahiyəsinin canlandırmaq məqsədilə 2017-ci ildə Orta dəhliz adı ilə təməli qoyulan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsində Azərbaycanı siyahıdan kənarda qoyduğunuz halda, layihəni necə “türkün yolu” adlandıra bilirsiniz?”- deyə sual ünvanlayıb.
Kılıçdaroğlu isə buna cavabında prezident seçiləcəyi təqdirdə Kirpdən sonra ilk səfərini Azərbaycana edəcəyini açıqlayıb:
“Nəticə etibarilə, Azərbaycan nəinki mənim üçün, Türkiyədə fəaliyyət göstərən bütün siyasi partiyalar üçün dost və qardaş ölkə olaraq qalır. Bizim İstanbulumuzla Azərbaycanın Bakısı arasında heç bir fərq yoxdur. Mən və bütün rəqib partiyalar Azərbaycana eyni gözlə, yaxın tərəfdaş kimi baxırıq.”
Bizim.Media