Azərbaycanda 845 qramlıq körpə doğuldu – VİDEO 

Azərbaycanda 845 qramlıq körpə doğuldu – VİDEO 

Hazırda oxunan: Azərbaycanda 845 qramlıq körpə doğuldu – VİDEO 

137770

Azərbaycanda 845 qramlıq körpə dünyaya gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə Respublika Perinatal Mərkəzi məlumat yayıb. 

Məlumatda bildirilib ki, Nargilə Əzizova 38 yaşında RPM-ə hamiləliyin 28-ci həftəsində “kəskin bətndaxili hipoksiya, dölün bətndaxili inkişaf ləngiməsi, uşaqlıq üzərində çapıq, sağrı gəlişi, talassemiya daşıyıcısı” diaqnozları ilə daxil olub: 

“Qadının 7 hamiləliyindən 3 qızı var. İkisi talassemiya xəstəsidir. 02.03.2023-cü il saat 00:40-da RPM-də qeysəriyyə kəsiyi əməliyyatı ilə çəkisi 845 qr, boyu 33 sm olan oğlan uşağı dünyaya gəldi. 

Uşaq yenidoğulmuşların reanimasiya şöbəsində, sonra isə patologiya şöbəsində müalicə alıb. 

18.05.2023-cü il tarixdə kafi vəziyyətdə 79-cu günündə evə yola salındı. Yola salınarkən çəkisi 1450 qr olub”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO