Azyaşlı övladı ilə özünü dənizə atan qadının xalasından ÖZƏL – “Yastığının altına bıçaq qoyurdu” 

Azyaşlı övladı ilə özünü dənizə atan qadının xalasından ÖZƏL – “Yastığının altına bıçaq qoyurdu” 

Hazırda oxunan: Azyaşlı övladı ilə özünü dənizə atan qadının xalasından ÖZƏL – “Yastığının altına bıçaq qoyurdu” 

137703

İki gün əvvəl Bulvarda azyaşlı övladı ilə birgə intihara cəhd edən qadın ötən gün Kliniki Tibbi Mərkəzdən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.  
3 uşaq anası bundan əvvəl də bir neçə dəfə intihara cəhd edib. Hətta uşaqlarını bıçaqla öldürəcəyi ilə hədələyib.

Bu sözləri Bizim.Media-ya açıqlamasında bəhs etdiyimiz qadının xalası Dürdanə Cəfərova bildirib.  
 

MÖVZU İLƏ BAĞLI:

Bulvarda qadın azyaşlı uşaqla özünü dənizə atdı - VİDEO
 


Onun sözlərinə görə bacısı qızının sinir sistemində son illər ciddi problemlər baş qaldırdığı üçün, özündən ixtiyari hərəkətlər edir: 

“Qız son vaxtlar nevrozdan əziyyət çəkir və bir neçə dəfə də belə problemlər yaşanıb. Hər dəfə başı tutanda, “özümü də, uşaqları da öldürəcəyəm” deyirdi. Yastığının altına bıçaq qoyurdu. Bir neçə dəfə qolunu kəsib intihar etmək istəyib, yoldaşı imkan verməyib. Bir dəfə də uşaqla birgə evin qapısını bağlayıb ki, özümü də uşağı da öldürəcəyəm. Atasını çağırmışıq, gəlib pəncərəni qırıb içəri girib. Beləcə sakitləşdirmişik.  

Problemli idi. Amma onu da deyim ki, bu narahatlıq onda sonradan yaranmışdı. Ailə quranda çox mehriban, uşaqlarını sevən, təmizkar və ailəcanlı idi. Yoldaşı da çox gözəl insandır.

Yoldaşını, onun ata-anasını nalayiq ifadələrlə söyürdü. Amma yoldaşı xəstəliyinə görə heç nə demirdi. Biri bacım qızı, digəri qardaşım oğludur. Qohum olduğumuz üçün yola verirdik.  

Məsələ burasındadır ki, müalicə olunmaq da istəmirdi. Dəfələrlə həkimə apardıq, müalicələri qəbul etmədi. Yoldaşı iki ilə yaxındır ki, Bakıda işləyib qalır. Özü isə Salyanın Bəşirbəyli kəndində qayınatasıgillə yaşayırdı. Təxminən 20 gün əvvəl Bakıya yoldaşının yanına qayıtmışdı. Sosial durumlarının çətinliyindən belə bir addım atdı. Xoşbəxtlikdən nə özünə, nə də uşağına bir şey oldu”.  

Xatırladaq ki, hadisə iki gün əvvəl Dənizkənarı Milli Park ərazisində baş verib. Təxminən 40 yaşlarında, 3 uşaq anası azyaşlı övladı ilə birgə özlərini dənizə atıblar. Uşaq şəhər sakinlərinin köməyi ilə, qadın isə FHN-in xilasediciləri tərəfindən dənizdən sağ-salamat çıxarılıb.  

Hər ikisi Klinik Tibbi Mərkəzdə müalicə olunublar. Uşaq atası tərəfindən evə, qadın isə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanaya aparılıb.  

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO