Æx8ffsanÉ™vi müğənni Elvis Preslinin gitarası rekord mÉ™bləğə satılıb. Lent.az-ın anspress-É™ istinadÉ™n mÉ™lumatına görÉ™, Nyu-Yorkda keçirilÉ™n hÉ™rracda 334 min ABÅž dollarına satılan gitaranı 1969-cu ildÉ™ müğənniyÉ™ atası hÉ™diyyÉ™ edib.
xa0
Vernon Presli oğluna "Gibson Dove" gitarasını Elvisin karate üzrə qara kəmər qazanmasından sonra bağışlayıb.
xa0
Şimali Karolinanın Aşvil şəhərində keçirilən konsertdə çıxış edən Elvis gitaranı pərəstişkarlarından birinə hədiyyə edib və həmin şəxs onu bu günədək qoruyub saxlayıb.
xa0
Musiqi aləminin ulduzlarının əşyalarını "Julien's" hərrac evi satışa çıxarıb.xa0
xa0
Satılanlar arasında Con Lennonun xa0üzərində "Being for the Benefit of Mr. Kite" mahnısının sözlərini yazdığı kağız olub. Kağıza görə naməlum alıcı 354,4 min dollar ödəyib.
xa0
Maykl Ceksonun 1996-97-ci illərdə geyindiyi vinil pencək isə 256 min dollara satılıb.
xa0
Elvis Presli məşhur amerikalı müğənni və aktyordur. Ölümündən otuz ildən artıq vaxt keçməsinə baxmayaraq Elvis Presli bu gün də dünyanın ən məşhur və tanınmış müğənniləri sırasındadır. Müğənni kimi onun rekordlarını (kasset satışı, pərəstişkar kütləsi və s.) hətta indi də dünyanın ən tanınmış estrada müğənniləri yeniləyə bilmirlər. O, bütün dünyada bu gün də "rok-n-rollun kralı" kimi yad edilir.


































































































