Yeznəsini əkin sahəsində öldürüb qulağını kəsdi – YENİLƏNİB

Yeznəsini əkin sahəsində öldürüb qulağını kəsdi – YENİLƏNİB

Hazırda oxunan: Yeznəsini əkin sahəsində öldürüb qulağını kəsdi – YENİLƏNİB

137667

Biləsuvar rayonunda ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alan 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayev ölüb.

Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında rayonun Çinarlı kəndində qeydə alınıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Cavid İdris oğlu Həmidov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

10.58

Mayın 24-də saat 10 radələrində Biləsuvar rayonu Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Bizim.Media-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-cü il təvəllüdlü Cavid İdrıs oğlu Həmidov saxlanılıb. 

O, hadisə barədə polisi özü məlumatlandırıb. Onlar qohumdur, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Ə.Abdullayev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. 

Araşdırma aparılır.

Qafqazinfo.az-ın əldə etdiyi məlumata görə, Ə.Abdullayev C.Həmidovun bacısının əridir. Onların arasında bir müddətdir əkin sahəsi ilə bağlı ədavət var imiş. Kənd sakinlərinin bildirdiyinə görə, Cavid Əsgəri öldürdükdən sonra qulağını kəsərək sahəyə atıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO