Londonda pişik sürət qatarını iki saat saxladı - FOTO

Londonda pişik sürət qatarını iki saat saxladı - FOTO

Hazırda oxunan: Londonda pişik sürət qatarını iki saat saxladı - FOTO

13751

Küçə pişiyi Londondakı sürət qatarlarının hərəkət cədvəlini demək olar ki, pozub.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı mk.ru saytı yayıb.

 

MÖVZU İLƏ BAĞLI:

Pişik evi partlayışdan xilas etdi – VİDEO


Mənbə yazır ki, zolaqlı bir pişik Mançester şəhərinə yola düşməyə hazırlaşan qatarın ilk vaqonunun damına çıxıb.

Heyvanı tez bir zamanda damdan çıxarmaq mümkün olmadığından sərnişinlərə ehtiyat qatar verilib. 

Həmin qatar stansiyada qalıb. İşçilər təxminən iki saat yarım gözləməli olublar. Yalnız qatarın yanına zibil qabı qoyulduqdan sonra pişiyin tullanması üçün əlverişli şərait yaradılıb.

Dəmiryolçular qeyd ediblər ki, qatar saatda 200 km-lə getsəydi, pişik ölümcül təhlükə ilə üzləşəcəkdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO