Müharibədə itkin düşmüş azərbaycanlıların dəfn yeri məlumatları sistemləşdirilib

Müharibədə itkin düşmüş azərbaycanlıların dəfn yeri məlumatları sistemləşdirilib

Hazırda oxunan: Müharibədə itkin düşmüş azərbaycanlıların dəfn yeri məlumatları sistemləşdirilib

137501

“Dövlət Komissiyası fəaliyyətə başladığı vaxtdan etibarən itkin düşmüş şəxslərə, o cümlədən onlara aid məzar yerlərinə dair məlumatların toplanması işi diqqət mərkəzində saxlanılıb. Materialların təhlilinə əsasən, I Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarının kütləvi və fərdi dəfn yerləri barədə məlumatlar sistemləşdirilib”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov Bakıda keçirilən “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, Dövlət Komissiyasında olan məlumatların təhlili göstərir ki, azad edilmiş, o cümlədən hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında olan ərazilərimizdə çoxsaylı məzar yerləri mövcuddur: 

“Eyni zamanda, bu sahədə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə yaxından əməkdaşlıq edilir. Əldə edilmiş razılığa uyğun olaraq BQXK ötən il qurumda olan müəyyən məlumatları Dövlət Komissiyasına təqdim edib. 
Toplanmış məlumatlar əsasında məzar yerlərinə dair xüsusi xəritələr tərtib edilib. Plana uyğun olaraq həmin məzar yerlərində qazıntı və ekshumasiya işləri aparılacaq. Bununla yanaşı, Dövlət Komissiyasının İşçi qrupu məzar yerləri ilə bağlı məlumatların toplanması işini hazırda da davam etdirir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO