Rəqsanə: “Eşqin dəfələrlə Aysuna əl qaldırıb, təhqir edib” - VİDEO

Rəqsanə: “Eşqin dəfələrlə Aysuna əl qaldırıb, təhqir edib” - VİDEO

Hazırda oxunan: Rəqsanə: “Eşqin dəfələrlə Aysuna əl qaldırıb, təhqir edib” - VİDEO

137429

“Heç bir qadın xoşbəxt və yaxşı günündən boşanmaz. Bu günə kimi də qızım Aysunun ailəsinin işinə qarışmadım. Hər şeyi onun özünə buraxdım. Qızımın 24-25 yaşı var, həyatını özü qurmuşdu. Mən Aysunun Eşqinlə ailə qurmasına razı deyildim. Bunu Aysun da bilirdi. Onlar elçi gələndə də bunu demişdim”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında açdığı canlı yayımda deyib. 

Sənətçi ötən gün keçmiş kürəkəni Eşqin Cəlilovun “Maqazin plyus” verilişinə həyat yoldaşı Aysun İsmayılova ilə boşanması haqqında verdiyi müsahibəyə qəzəblənib. 

İsmayılova Cəlilovun bu hərəkətinin yalnış olduğunu vurğulayaraq, qızı ilə kürəkənin boşanmasının səbəblərindən söz açıb: 

“Sevmirəm kişi otursun gözləsin ki, qadın toya getsin, pul gətirsin. Kişinin özünün qazancı və gəlir yeri olmalıdır. Heç bir insan durduğu yerdə ailəsini dağıtmaz. Ailəni dağıdan və qədrini bilməyənlər qudurğan, özlərinə hörmət etməyən “qızmışlar”dır, ailənin nə olduğunu bilməyənlərdir.

Kasıb-varlı ayıb deyil. Aysun da milyonçu qızı deyil. Mən də varlı deyiləm. Sadəcə hər bir kişinin gündəlik çörək pulu qazanıb, evə gətirmək bacarığı olmalıdır. Evdə oturan kişiləri bəyənmirəm. Kişi pul qazanmalıdır”. 

Rəqsanə bildirib ki, Aysunun Eşqinlə evlənməyinə razı olmayıb: 

“Qızımın Eşqinlə ailə qurmasına razı deyildim. Amma Aysun sevdi, ailə qurmasını istədi, mən də onun bu sevgisinə hörmət elədim. Amma hər zaman valideyinin sözünə qulaq asmaq lazımdır. Özünə hörmət edən kişi ailəsindən danışmaz, xanımının adını çəkməz. Buna görə ona nə verəcəklər ki? Aysun onun arvadı, ailəsi olub. Hər şey ailə içində qalmalıdır.

Şəxsən mən qadınlığımla Eşqinə Aysun haqqında danışmağını yaraşdırmadım. Kişi qadın haqqında danışmamalıdır. Olmaz! Aysun isə bunu etmədi. Bundan əvvəl onların arasında dava olmuşdu. Eşqin özü də çox gözəl bilir ki, dava hansı formada olmuşdu.

Bu isə nə danışılası, nə də ki deyiləsidir. Biz bu məsələnin üstünü açmadıq. Yenə də hər şeyi yoluna qoyub, söhbəti bağladıq. Amma sən televiziyaya çıxıb, müsahibə verirsən. Gülməlidir, nəyə lazımdır?

Kişiyə kişi deyilir. Kişinin ulqumu var. Qadın danışar, amma kişi yox. Sözünü deyən oğlan qadınının adını çəkməməlidir. Heç kimin qadını haqqında danışmağa da icazə verməməlidir. Hər bir kişi, tək bu Eşqinə aid deyil. Eşqinin valideynləri ilə çox gözəl münasibətim var. Onlarla bu gün də salamım var. Eşqinin böyüklərinə hörmətim var.

Amma Eşqin qapıma gələndə dedim ki, qızım Aysun sənin tayın deyil. Eşqinin özünə də, ailəsinə də demişdim. Mən nə demişdimsə, hamısı da oldu. İnsan ailə quranda fikirləşməlidir, ailə nə deməkdir, ailə necə olmalıdır. Ailəni dolandırmaq, saxlamaq lazımdır. Aysun pisdirsə, bəs Eşqinin birinci ailəsi niyə görə dağıldı? Bir dənə də uşağı var”. 

Müğənni həmçinin əlavə edib ki, Eşqin dəfələrlə Aysuna əl qaldırıb və onu təhqir edib: 

“Aysuna əldə qaldırılıb, söyüşlər də söyülüb. Aysunun yaşadıqlarını heç kim yaşaya bilməz. Amma yenə də Aysun dözdü, susdu, ailəsini tutdu. Birinci dəfə aralarında dava olanda susdu və ikinci dəfə əri Eşqinə şans verdi. Barışdılar. Eşqini yanıma çağırıb, danışdım, bəzi məsələləri ona başa saldım. Aysunun yanında ailəsi və mənim kimi anası var. Nə bizim, nə də ki Eşqinin ailəsi istəməzdik ki, onların ailəsi dağılsın.

Mən və həyat yoldaşım Fazil istəmirdik ki, Aysun Eşqinlə ailə qursun. Çünki biz onların ailəsinin bu vəziyyətə gəlib çıxacağını bilirdik. Və bilirdik ki, Eşqin ailəsini saxlaya bilməyəcək. Bu ailənin dağılmasına ailələrimiz sevinmir. Bu Allahın qismətidir. Alınmadı, qurtardı getdi. Amma alınmayan bir şeyi məcbur alındıra bilmərik”. 

Rəqsanənin sözlərinə görə, qızı Aysun həyat yoldaşı Eşqinə bir neçə dəfə şans versə də, qarşı tərəf o şanlarını dəyərləndirməyib:

“İnsana həyatda şans bir və ya iki dəfə verilir. Amma artıq üçüncü dəfə də yollar ayrılmalıdır. Elə məsələlər var ki, mən onları açıqlamaq istəmirəm. Aysun Eşqinlə ailə quranda artıq üçüncü dəfə bu məsələlər oldu. Öncə ailə daxilində həll etmişdik. Amma artıq üçüncü dəfədir.

Deməli, düzələn deyil. Eşqin, sənə çox şans verildi. Sən isə o şanslardan istifadə edə bilmədin. Sənin müsahibə verməyinə alqış düşmür. Sənə lağ etdilər. Aysun sənə heç zaman cavab verməyəcək. Aysun “kukla” deyil, ağıllıdır. Bunu da özün yaxşı bilirsən. Onu heç kim yoldan çıxara bilməz. Aysun sənə dəfələrlə şans verdi. Sən isə bu şansdan istifadə edə bilmədin. Buna görə də ailən dağıldı. Bu söhbəti bağla və bir də qayıtma”. 
Qeyd edək ki,  Eşqin Cəlilov müsahibəsində ailəsinin dağılmasını Aysun İsmayılovada görüb. O bildirib ki, qarşı tərəf ailəni oyuncağa çevirmişdi.

 



 Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO