“OPEC+” ölkələrinin nazirlərinin 14-cü iclası olacaq – BU GÜN

“OPEC+” ölkələrinin nazirlərinin 14-cü iclası olacaq – BU GÜN

Hazırda oxunan: “OPEC+” ölkələrinin nazirlərinin 14-cü iclası olacaq – BU GÜN

13739

Bu gün OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin (“OPEC+”) nazirlərinin 14-cü toplantısı videokonfrans formatında keçiriləcək.

Bizim.Media xəbər verir ki, neft bazarında diqqət “OPEC+”un qəbul edəcəyi qərara yönəlib. 

Ekspertlərə görə, iclasda hasilatın artırılması barədə qərar verilməsi gözlənilir.

 

MÖVZU İLƏ BAĞLI:

Neft hasilatı ilə bağlı 6 saatlıq müzakirə nəticəsiz qaldı


Dünən “OPEC+” Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 27-ci iclasında alyansın ən nüfuzlu üzvləri olan Rusiya və Səudiyyə Ərəbistanı istehsalla bağlı birgə addım atmaq üçün müzakirələr aparıb.

Səudiyyə Ərəbistanı ehtiyatlı davranmaq lazım olduğunu bildirsə də, Rusiya hasilatın artırılmasını istəyir.

“OPEC+” toplantısından çıxacaq qərar neft bazarındakı inkişaflar üçün vacib rol oynayır. İclas ərəfəsində “Brent”in bir barreli Londonun ICE birjasında 64 dollardan, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 61 dollardan baha satılır.

Qeyd edək ki, 2020-ci ilin aprelindən indiyədək “OPEC+” ölkələri neft hasilatını 2,1 milyard barrel azaldıb.

Xatırladaq ki, yanvarda “OPEC+” ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib.

Yeni razılaşmaya əsasən, “OPEC+” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 milyon 125 min barrel, martda isə 7 milyon 50 min barrel təşkil edəcək.

Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barrel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalıb. 

“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, iki ayda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlayıb.

2021-ci ilin yanvar ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 752 min barrel olub. Bunun 593 min barrelini xam neft, 159 min barrelini isə kondensat təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO