İranda hicaba görə 5 nəfər HƏBS EDİLDİ  

İranda hicaba görə 5 nəfər HƏBS EDİLDİ  

Hazırda oxunan: İranda hicaba görə 5 nəfər HƏBS EDİLDİ  

137310

Mayın 19-da İranın Nəmin bölgəsində yerləşən Fındıqlı meşə parkında hökumət məmuru ilə vətəndaşlar arasında baş verən qarşıdurma nəticəsində 5 nəfər həbs edilib. 

Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bununla bağlı Ərdəbil əyalətinin polis idarəsinin rəisi Cavad Təqəvi məlumat yayıb. 

Hökumət məmurları meşə parkında dincələn gənc qadınların geyim tərzlərinə irad bildirib, onları təhqir edib. 

Bu, qadınların ailə üzvlərinin etirazlarına səbəb olub. Məmurlarla onlar arasında qarşıdurma baş verdikdən sonra bölgəyə çağırılan əlavə polis qüvvələri ailələrin 5 kişi üzvünü həbs ediblər. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO