Qobustanda 5 nəfərin öldüyü ağır qəza ilə bağlı cinayət işi AÇILDI  

Qobustanda 5 nəfərin öldüyü ağır qəza ilə bağlı cinayət işi AÇILDI  

Hazırda oxunan: Qobustanda 5 nəfərin öldüyü ağır qəza ilə bağlı cinayət işi AÇILDI  

137233

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. 

Qeyd edilib ki, hadisə bu gün səhər saatlarında rayonun Cəngi qəsəbəsi ərazisində qeydə alınıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Qobustanda AĞIR QƏZA: 1-i azyaşlı, 5 nəfər ölüb - VİDEO


Belə ki, “KİA” markalı, 77-KX-479 avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq səkiyə dəyib.

Bu zaman nəqliyyat vasitəsi aşıb. Nəticədə 1-i azyaşlı olmaqla 5 nəfər vəfat edib. Xəsarət alan 1 nəfər isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. 

“Hazırda qəza zamanı ölən şəxslərin şəxsiyyəti müəyyənləşdirilir”, - DYP-dən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO