İş adamının axtardığı əsgərdən xəbər var

İş adamının axtardığı əsgərdən xəbər var

Hazırda oxunan: İş adamının axtardığı əsgərdən xəbər var

1372

Hərbçimizin  maşın arzusu reallığa çevirildi

Hadrutda “Saxla o Mercedesi götürüm, o mənim xəyalım olub həmişə” deyən hərbiçini xatılrayırsınız yəqin.  Hərbçimizin bu xəyalını reallığa çevirmək istəyən iş adamı  Fərid Novruzini də.  Bir neçə gün öncə o, Bizim.Media saytına müsahibəsində də əsgərin kimliyinin sorağına düşmüşdü.  Günlərdir həmin hərbçinin axtarışında olan iş adamı hədiyyə etmək istədiyi avtomobilin sahibini nəhayət ki,  tapıb.  Bu şad xəbəri F.Novruzi  özü “Facebook” hesabında verib.
 
“Dostlar, qəhrəman qardaşım tapıldı.  Allahın işinə baxın.Öncədən onu deyim qardaşımızı Allah saxlayıb. Demək, döyüşlərdə ayağından aldığı güllə yarası səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi, lakin yarası tam sağalmadan yenə də cəbhəyə qayıtdı. Ordu rəhbərliyi halını müəyyən edib onu tam müalicəsini bitirməsi üçün evinə məzuniyyətə yolladı”.

Bu xəbəri Fərid Novruziyə Feysbuk izləyicilərindən biri xəbər verib. Yazıb ki, əsgər qardaşımızı təsadüfən bir neçə gün öncə hospitalda görüb.

“Kontaktlarını göndərdi. Qərar aldım ki, qardaşa yenə də zəng edib onunla telefon vasitəsi ilə tanış olum və hədiyyəsi barəsində xəbər verim”.

Əsgərimizlə görüşən iş adamı təəssüratlarını da bölüşməyi unutmayıb:

“İnan ki, elə xoşbəxt idim ki, elə sevinirdim ki. Qardaşın üzünü məlum səbəblərdən göstərə bilmirəm, amma Hadrut hekayəsini danışanda, maşını necə gördüyünü (bu arada ürəyindəki sözləri ifadə edərkən çəkiliş edildiyini bilmirdi), nə hisslər keçirdiyini, hamsını mənimlə bölüşdü”.

Fərid Novruzi paylaşımda bir məqama da toxunub. Döyüş vaxtı ayağından güllə yarası alan zaman hərbçimizin digər döyüş yoldaşı daha ağır yaralanıb.  Özü yaralı ola-ola dostunu kürəyində təhlükəsiz yerə qədər aparıb. Özünün  yaralı olduğunu isə dostundan gizlədib:

“Bizi burdan sağlam çıxar və əsas da özünü qoru, unutma, səni ikiqapılı maşın gözləyir”.

Qəhrəmanımızın ikiqapılı maşın arzusu gerçəyə çevrildi. Bizim arzumuzsa bütün əsgərlərimizin sağ-salamat, qələbə xəbərləri ilə geri dönmələridir!

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO