Paşinyanı devirəcəklər - Hakimiyyətə bu şəxslərdən biri gələcək

Paşinyanı devirəcəklər - Hakimiyyətə bu şəxslərdən biri gələcək

Hazırda oxunan: Paşinyanı devirəcəklər - Hakimiyyətə bu şəxslərdən biri gələcək

137136

“Diplomatik mənbələrimizin bildirdiyinə görə, Ermənistan-Azərbaycan arasında mümkün sülh razılaşmasında maraqlı olan mərkəzlər, xüsusən də Qərb, sənədin imzalanmasından sonra Paşinyanın hakimiyyətdə qalması məsələsinin çox ciddi problemə çevrilə biləcəyini anlayaraq,  hakimiyyətə kimin gələ biləcəyini fəal şəkildə müzakirə edir”. 

Bizim.Media xəbər verir ki, bu barədə “Past” qəzeti öz mənbələrinə istinadən yazır.

Nəşr bildirir ki, danışıqlar prosesi hazırda intensivləşib və buna paralel olaraq müxtəlif mərkəzlərdə Ermənistan hakimiyyəti ilə bağlı maraqlı müzakirələr gedir:

“Bu mərkəzlər başa düşürlər ki, sülh sənədi imzalanandan sonra Paşinyan hakimiyyətini qorunub saxlanması nəinki qeyri-mümkün ola bilər, həm də məqsədəuyğun deyil. Bu səbəbdən onlar “B planı” tapmağa çalışırlar.

Eyni mənbələrə görə, gələcəkdə regional proseslərdən kənarda qalmamaq üçün Paşinyanın dəyişdirilməsi məsələsi əsasdır. Buna görə də, təbii ki, Qərb qanadına yaxın olan bir neçə mümkün namizəd müzakirə olunur”.
Erməni qəzet yazır ki, namizədlər arasında həm Paşinyan komandasının bəzi nümayəndələri, həm də hazırda Ermənistanın daxili siyasi həyatında o qədər də nəzərə çarpmayan fiqurlar var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO