Cəlilabadda bacısını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Bizim.Media-ya Cəlilabad rayon prokurorluğundan bildirilib.
Bildirilib ki, mayın 16-sı Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Rəqsanə Şahbazovanın yaşadığı evdə intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 2006-cı il təvəllüdlü Məhəmməd Şahbazovun qeyd olunan tarixdə bacısı Rəqsanə Şahbazovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, Məhəmməd Şahbazov şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:33 / 20.05.2023
Cəlilabadda bacısını öldürməkdə şübhəli bilinən şəxs SAXLANILIB
Hazırda oxunan: Cəlilabadda bacısını öldürməkdə şübhəli bilinən şəxs SAXLANILIB
Hazırda oxunan: Cəlilabadda bacısını öldürməkdə şübhəli bilinən şəxs SAXLANILIB
137059
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.