“Azərxalça”nın aktivlərində 12 milyon manatlıq zərər - HESABAT 

“Azərxalça”nın aktivlərində 12 milyon manatlıq zərər - HESABAT 

Hazırda oxunan: “Azərxalça”nın aktivlərində 12 milyon manatlıq zərər - HESABAT 

137034

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ötən ili qədərki aktivlərinin ümumi dəyərində 11 milyon 987 min 065 manat və ya 12,33 faiz zərər edib. 

Bizim.Media xəbər verir ki, ASC-nin açıqladığı hesabatda, 31 dekabr 2022-ci il ilə qədərki aktivlərinin ümumi dəyəri  90 milyon 808 min 298 manat olub. 

2021-ci ilin eyni dövründə isə bu vəsait 102 milyon 795 min 896 manat təşkil edib. 

2022-ci ildəki 90 milyonluq aktivlərinin 68 milyon 245 min 577 manatı uzunmüddətli aktivlər, 22 milyon 562 min 719 manatı isə cari aktivlər olub. 2021-ci ilin eyni dövründə isə bu rəqəmlər müfaviq  olaraq, 78 milyon 144 min 854 manat və 24 milyon 651 min 042 manat təşkil edib.  

Burdan da aydın olur ki, ASC bir il ərzində uzunmüddətli aktivlərdə 6,76 faiz, cari aktivlərdə isə 5,14 faiz zərər edib.  

Qeyd edək ki, uzunmüddətli aktivlərə əmlak, tikili və avadanıqlar (6 milyon 883 min 013 manat), tikilməkdə olan binalar (61 milyon 356 min 689 manat) və qeyri-maddi aktivlər (5875 manat) daxildir.  

Cari aktivlərə isə mal və material aktivləri (10 milyon 228 min 823 manat), müddətli əmanətlər (11 milyon 750 min manat), pul və pul vəsaitlərinin ekivalentləri (272 min 383 manat), məhdudiyyət qoyulmuş pul vəsaitləri (1519 manat), digər cari aktivlər (77 min132 manat) və qabaqcadan ödəmələr (232 min 834 manat) daxil olub.  



Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO