Ölkəmizdə ürək transplantasiyası həyata KEÇİRİLƏCƏK

Ölkəmizdə ürək transplantasiyası həyata KEÇİRİLƏCƏK

Hazırda oxunan: Ölkəmizdə ürək transplantasiyası həyata KEÇİRİLƏCƏK

137005

"Azərbaycanda ürək transplantasiyası həyata keçiriləcək". 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov "Bakı Ürək Günləri" 8-ci Beynəlxalq Konqresində deyib. 

O bildirib ki, bu məsələ 2 il əvvəl qəbul edilən "Donor və orqan transplantasiyası haqqında" qanunda əksini tapıb: 

"Qanun imkan verir ki, Azərbaycanda ürək əməliyyatları ilə yanaşı ürək transplantasiyası da keçirilsin. Azərbaycanda ürək transplantasiyası həyata keçirə biləcək kifayət qədər mütəxəssislərimiz də var. Hazırda bu istiqamətdə işlər görülür. Bununla bağlı Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar müzakirələr aparır. Yaxın vaxtlarda Azərbaycanda ürək transplantasiyası həyata keçirilə bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO